Sumqayıtda yanğın – Ana və övladları tüstüdən zəhərləndi

image-xestexanabackend
image-ad_qayo_720x110px

Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.

Busaat.az verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Nəticədə 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı – 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki