“Sumqayıt”dan yeni transfer- RƏSMİ

“Sumqayıt”dan yeni transfer- RƏSMİbackend

“Sumqayıt” FK Kərəm Sultanovla müqavilə imzalayıb.

Busaat.az xəbər verir ki, son mövsümü Aktau “Kaspi”sində keçirmiş futbolçu Kərəm Sultanovla 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı müdafiəçi komandamızda “4” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Qazaxıstanın “Ordabaşı” klubunun yetirməsi olan Kərəm Sultanov 2016-cı ilə qədər adıçəkilən komandanın əvəzedicilərində çıxış edib. Sultanov son klubu olan “Kaspi”dən öncə isə “Kızıl-Jar” (24 oyun) klubunun uğurları üçün çalışıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90