“Suriyalı döyüşçülərin Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi yalandır”

“Suriyalı döyüşçülərin Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi yalandır”backend

“Suriyalı döyüşçülərin Türkiyədən Gürcüstan ərazisi vasitəsilə Azərbaycana keçməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.

Busaat.az xəbər verir ki, bu sözləri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) rəhbəri Qriqol Liluaşvili Milli Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasından sonra keçirdiyi brifinqdə deyib.

“Sosial şəbəkələrdə Suriyadan olan qanunsuz silahlı birləşmələrin Türkiyədən Gürcüstan ərazilərindən keçərək Azərbaycana keçməsi ilə bağlı yayılan dezinformasiyalarla bağlı şərh vermək istərdim. Qeyd etmək istəyirəm ki, bu məlumatların heç bir əsası yoxdur. Bu, yalandır və Gürcüstanda, bütövlükdə regionda gərginlik yaratmaq məqsədi güdür”,- deyə Liluaşvili vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90