Sürücü işləyən 41 yaşlı Tolqa ABŞ-da ev aldı – FOTOLAR

Sürücü işləyən 41 yaşlı Tolqa ABŞ-da ev aldı – FOTOLARbackend

“Yaprak Dökümü” serialındakı Oğuz rolu ilə şöhrət qazanan türk aktyor Tolqa Karel ABŞ-ın Florida ştatında ev alıb.

Busaat.az xəbər verir ki, 2016-cı ildə sürpriz şəkildə aktyorluq karyerasına son qoyaraq ABŞ-a gedən və yük maşını sürücüsü işləyən Karel yeni evinin fotolarını isntaqramında paylaşıb.

O paylaşımına bu sözləri yazıb: “Yeni evimiz… Xeyirli olsun. Gözəl xatirələrimiz olacaq övladlarımla. Bu qədər zəhmət, alın təri boş deyilmiş. Rəbbimə şükürlər olsun verdiyi hər nəfəs üçün”.

O, aylıq 8 min dollar pul qazandığını izləyicilərindən gizlətməyib.

41 yaşlı T.Karel hazırda Sara Skott adllı amerikalı qadınla evlidir və cütlüyün Mia və Kənan adlı 2 övladı var.

Xatırladaq ki, Karelin birinci evliliyi azərbaycanlı model Günay Musayeva ilə olub və onların Cahangir adlı bir oğlu var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90