Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb? – FOTO

Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb? – FOTObackend

Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad olunduğunu göstərən video yayıb. Həmin videoda Şuşa şəhərində bir dövlət binasında Azərbaycan bayrağının dalğalandığı görünür.

Bəs həmin dövlət binası hansıdır?

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin bina Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasıdır.

Qeyd edək ki, 2014-cü ilin avqustunda çəkilən aşağıdakı şəkildə həmin binanın üzərində erməni bayrağı ucaldılırdı. İndi isə Azərbaycanın üçrəngli bayrağı…

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90