“Şuşada Azərbaycan bayrağı dalğalanır!” – Prezidentbackend

“Şuşanın Azərbaycan tarixində böyük yeri var”.

Busaat.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərkən deyib.

Prezident Şuşanın azad edildiyini elan etdikdən sonra şəhər haqda danışıb:

“Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub- yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.

Biz indi Şuşaya qayıtmışıq, bütün tarixi abidələri, məscidləri bərpa edəcəyik. 28 ildən sonra Şuşada azan səsi eşidiləcək.

Şuşada Azərbaycan bayrağı dalğalanır!”