“Taliban” nümayəndələri Rusiyaya da səfər edəcək

image-talibanrusiyabackend

““Taliban” hərəkatının nümayəndə heyəti gələn həftə Moskvaya səfər edəcək”.

Busaat.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün Sankt-Peterburq şəhərində keçirilən birifinq zamanı deyib.

““Taliban” hərəkatının nümayəndə heyətinin Əfqanıstanla bağlı məsləhətləşmələr üzrə “Moskva formatı”nın üçüncü iclasında iştirak etmək üçün Moskvaya səfəri gözlənilir”, – deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, “Taliban” hərəkatının nümayəndə heyəti bu gün Ankaraya rəsmi səfər edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90