Tanınmış aktrisa dünyasını dəyişdi – SON DƏQİQƏbackend

Tanınmış aktrisa, “Böyük dayaq” filminin Maya bacısı Tamilla Rüstəmova vəfat edib.

Busaat.az Yenicag.az-a istinadən xəbər verir ki, aktrisa Rusiyada dünyasını dəyişib.

Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub. 1959-cu ildə Qnesinalar adına Musiqi institutunun “fortepiano” ixtisası üzrə bitirib. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçüb. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaradıb. Onun ən yaddaqalan obrazları “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya bacı rollarıdır.

Allah rəhmət eləsin!