Tarixi ənənələrə söykənən əməkdaşlıq

image-bb8bba91-3e1a-4f7d-bdbb-79f99a3fcd6cbackend

Azərbaycan–Gürcüstan münasibətləri — Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələrdir.

Son zamanlar Gürcüstanın bəzi ictimai-siyasi dairələrində Azərbaycanın ərazisi olan şimal-qərb bölgəsinə, həmçinin David Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir.

İqtisadi əlaqələr

2012-ci il yekunlarına görə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.

Aqrar sahədə əlaqələr

İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2011-ci ildə Gürcüstandan ölkəmizə 12754,9 min ABŞ dolları dəyərində bar gətirən ağaclar, kolluqlar, peyvənd edilmiş və edilməmiş tinglər, heyvan və bitki mənşəli piylər və yağlar, mandarin və digər sitrus meyvə məhsulları, kartof, tərəvəz bitkilərinin toxumu, ədviyyatlar və digər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Gürcüstana isə 17346,4 min ABŞ dolları dəyərində faraş meyvə-tərəvəz, bitki yağları, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan arasında aqrar elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik Institutu ilə Gürcüstan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu arasında Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) maliyyə dəstəyi ilə taxıl əkinlərində xəstəliklərin arealının müəyyənləşdirilməsi üzrə vaxtaşırı birgə ekspedisiyalar keçirilir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gürcüstanın müvafiq elmi-tədqiqat institutu ilə əməkdaşlıq əlaqəsi davam etdirilir. İki ölkə arasında mütəmadi olaraq aqrar elmi tədqiqatların nəticələri barədə infоrmasiya mübadiləsi aparılır.

Səfirliklər və konsulluqlar

Azərbaycanın Gürcüstanda:

  • Tbilisidə Azərbaycan səfirliyi
  • Batumidə Baş Konsulluq

Gürcüstanın Azərbaycanda:

  • Bakıda Gürcüstan səfirliyi
  • Gəncədə Baş Konsulluq

24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdə olmuşdur. Cənab Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə birgə Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar. Səfərdən Cənab Prezident İlham Əliyev çox razı qalıb. Oranıda sanki öz evi imiş kimi hiss etmişdir. Həmin görüşün Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcəyini bildirmişdir. Gürcüstan və Azərbaycan münasibətləri çox dərin ənənələr üzərində qurulub.

İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

 

Zərinə Hümbətova– Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90