“Tbilisi Bakını dəstəkləyir, bizdən inciməsin” – Ermənilər Gürcüstanı hədələdilər – FOTObackend

Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan ermənilərdən ibarət 210 nəfərlik dəstə Gürcüstan-Türkiyə sərhəddindəki nəzarət-buraxılış məntəqəsinə toplaşıblar. Onlar bildirirlər ki, Cavaxetiya ermənilərindən ibarət 210 nəfərlik qrupun Qarabağda vuruşmaq üçün Ermənistana keçməsinə icazə verilməzsə, Türkiyədən Gürcüstana gələn yük maşınlarından heç biri Gürcüstana buraxılmayacaq.

Ermənistan KİV-ləri Gürcüstanı münaqişəyə cəlb etmək istəyir. Artıq Ermənistan KİV-ləri Gürcüstanı Azərbaycanın mövqeyini dəstəkləməkdə ittiham edir və gürcülərə öz gələcəklərini düşünməyi “məsləhət görürlər”.

Ermənistana getmək istəyən erməni “könüllülər” özləri ilə 15 yük maşını avtomobil şinləri və ərzaq da aparmaq istəyirlər.

Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasını qadağan etdiyi üçün gürcü sərhədçilər onları buraxmayıblar. Ermənilərlə gürcü sərhədçiləri və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb.

20 dəqiqəlik qarşıdurmadan sonra gürcü polisi erməni “könüllülər”dən 102 nəfəri Ermənistana buraxıb.

Rəsmi İrəvan isə Gürcüstan rəhbərliyini və gürcüləri Azərbaycanpərəst mövqedə günahlandırıb.

Ermənistan mediası yazır: “Gürcülər birdəfəlik anlamalıdır ki, azərbaycanlılar və türklərlə oyun yaxşı nəticə verməyəcək. Ermənilər 2021-ci ildə gözlənilmədən Cavaxetiyaya yerli sakinləri qorumaq üçün ordu göndərəndə qoy gürcülər bizdən inciməsinlər”.

Xatırladaq ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan ermənilər bu bölgəni ilk əvvəl “muxtariyyət” kimi görmək istəyirlər. Daha sonra isə Cavaxetiyanın Ermənistana birləşdirilməsi planları var.

Erməni separatizmi Gürcüstan üçün ən ciddi təhlükələrdən biridir.

Milli.az