TƏBİB-dən karantin qaydalarını pozub toy şənliyi edənlər ilə bağlı AÇIQLAMA

TƏBİB-dən karantin qaydalarını pozub toy şənliyi edənlər ilə bağlı AÇIQLAMAbackend

Son günlər karantin qaydalarının pozularaq kiçik toy şənliklərinin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan görüntülərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində münasibət bildirib.

Busaat.az xəbər verir ki, Yaqut Qarayeva deyib ki, bizim hər birimiz qaydalara əməl etməyə borcluyuq.

”Bizim hər birimizin karantin qaydalarına əməl etmək borcumuzdur. Mən buna bir həkim kimi münasibət bildirə bilərəm.Digər məsələlər isə aidiyyatı olan orqanlar bu məsələ ilə bağlı aktiv olaraq monitorinq aparırlar .Bu çatışmazlıqlar aradan qaldırılır və müəyyən cərimələr tətbiq edilir.Biz hamımız yeni qaydalar ilə yaşamağa riayyət etməliyik.”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90