Təhsil Nazirliyində Emin Əmrullayevin keçmiş vəzifəsinə YENİ TƏYİNAT oldubackend

Busaat.az-a daxil olan məlumata görə, Azərbaycan gənclərinin tanınmış simalarından olan Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev 2016-cı ildən 2020-ci ilə – yəni nazir vəzifəsinə təyin edilənə qədər bu nazirliyin tabeliyində olan Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

O, Təhsil naziri təyin olunduqdan sonra bu vəzifə boş qalmışdı.

Çox müsbət haldır ki, bu vəzifəyə Azərbaycanda təhsil və elmdə, o cümlədən peşəkar sənayə mühəndisliyində tanınmış gənclərimizdən olan Rüfət Əzizov təyin olundu.

Rüfət Əzizov Lomonosov adına MDU-nun, o cümlədən Oxford Universiteti, ADA, Maastrich, Cornell, George Washington Universitetlərinin müxtəlif proqramlarının məzunudur.

Bp, Unimetal, Prometal şirkətləri, o cümlədən Lomonosov adına Moskva Dövlət Universiteti və Bakı Ali Neft Məktəbində iş təcrübəsi var.Sfera.az