Teymur Rəcəbovla Karlsen arasında gərginlik

Teymur Rəcəbovla Karlsen arasında gərginlikbackend

Teymur Rəcəbovla şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen arasında “Twitter”də gərginlik yaşanıb. 

Busaat.az xəbər verir ki, norveçli şahmatçı Rəcəbovla söhbətində iddiaçılar turnirinin dayandırılmasının doğru qərar olduğunu, lakin Rəcəbovun oynamaq istəmədiyinə işarə edərək onu qınayan rəy yazıb:

“Turniri təxirə salmaq düzgün qərar oldu. Razılaşıram ki, təxirə salınmağını istəmək ağlabatan bir tələb idi və heç kim bunun yanlış olduğunu iddia etməzdi. Ancaq sən oynamağa can atırdın? Bağışla, sadəcə, bir az anlaya bilmirəm”.

Karlsenin bu rəyinə Rəcəbovun cavabı gecikməyib: “Maqnus, bu vəziyyətdə sadəcə, yarışın təxirə salınmağını istədim. Turniri ləğv etməyi və ya format dəyişikliyi xahiş etmədim. Fikrimcə, FIDE bunu vaxtında etsəydi, düzgün qərar olacaqdı. Bu, belədir. Oynamaq istəyirdim. İndi vəziyyət qarışıqdır”.

Ardınca Rəcəbov Karlsenə 2019-cu ildə 19 yaşında olarkən iddiaçılar turnirnə qatılmaqdan imtina etdiyi xəbərin linkini yollayıb.

Şahmat tacının sahibi isə ona bu cavabı verib: “Tamam. Fikrimi bilmək istəyirsən? Həvəssiz də olsa, oynayardım”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90