Təyyarənin ayaqyolunda çanta tapdı

Təyyarənin ayaqyolunda çanta tapdıbackend

Rusiyada diqqətçəkən hadisə baş verib.

Busaat.az xəbər verir ki, Tomsk şəhərindən Moskvaya uçan laynerdəki sərnişin ayaqyolunda çanta tapıb. Çantanı açan xanım gözlərinə inanmayıb. Çantanın içi pul ilə dolu olub. Məsələ barədə heyət üzvlərinə məlumat verməyən rusiyalı qadın, təyyarə enən kimi hava limanından ayrılıb. Məlum olub ki, pullar almaniyalı turistlərə məxsusdur.

Onların şikayəti əsasında müşahidə kameralarının qeydlərini nəzərdən keçirən polis, pulları ələ keçirən xanımın kimliyini müəyyən edib. Nəzarətə götürülən qadın, pulları xərclədiyini deyib.

Məhkəmənin qərarına əsasən xanım pulları qaytarmasa həbs ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90