“Torpaqlarımızın bir metrini belə kimsənin zəbt etməsinə imkan verməyəcəyik” – Xəyal Bəşirov

“Torpaqlarımızın bir metrini belə kimsənin zəbt etməsinə imkan verməyəcəyik” – Xəyal Bəşirovbackend

“İşğalçılıq və terrorçuluq xislətini ortaya qoyan təxribatçı Ermənistan bizə hərb yolundan başqa bir seçim qoymadı”.

Busaat.az xəbər verir ki, bunu sentyabrın 27-dən etibarən Azərbaycanın öz torpaqalrını işğaldan azad etməyə başlamasına toxunan hüquqşünas Xəyal Bəşirov deyib.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan bir neçə həftə ərzində özlərindən və özününkülərdən başqa heç kimə lazım olmayan beynəlxalq təşkilatların 30 il ərzində qurduqları çoxillik planlarını alt-üst etdi.:

“Bəlkə də ilk dəfə bütün dünyaya sübut etdik ki, sizin yaratdığınız təşkilatlar heç bir əhəmiyyət daşımır. Sadəcə görüntü üçün təsis etdiyiniz bu qurumlar, elə özünüzün maraq və mənafelərinizi təmin etməkdən savayı heç bir fəaliyyətlə məşğul deyillər. Bu gün bizə məlum olur ki, 30 ilə yaxın bir dövr ərzində konfliktin sülh yolu ilə həll olunmasına Azərbaycan dövlətindən və xalqından başqa,nə o təşkilatlar, nə onlara ağsaqqallıq edən dövlətlər, nə də işğalçı Ermənistan inanmamayıb.

Əslində müharibənin acı nəticələri olaraq düşmənə münasibətdə çox az olsa da, insan itkilərimiz təbii ki, hər birimizi kədərləndirir və narahat edir. Ancaq haqq mübarizəmizdə qəhrəmanlıqla vuruşan ordumuzun müharibə və qan tökmək yolu ilə işğal edilmiş torpaqlarımızı, eyni yolla düşmənə daha sarsıdıcı zərbələr endirərək qaytarmasını daha doğru hesab edirəm. Əminəm ki, biri min erməni əsgərinə dəyəcək igid və qəhrəman övladlarımızın qanı hesabına aldığımız torpaqların bir metrini belə bir daha heç bir vəchlə, kimsənin zəbt etməsinə imkan verməyəcəyik. İşğalçı Ermənistana və onun havadarlarına da bir daha sübut etdik ki, bizim üçün bu torpaqlar canımızdan, qanımızdan və hər şeyimizdən daha dəyərlidir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90