Toxunulmazlıq hüququ olan deputat bu halda cərimələnə bilər – Açıqlama

Toxunulmazlıq hüququ olan deputat bu halda cərimələnə bilər – Açıqlamabackend

Xəbər verdiyimiz kimi, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiklərinə görə cərimələniblər. Sosial şəbəkələrdə isə Milli Məclisin deputatlarının və Ombudsmanın cərimələnməsini toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndiriblər.

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Tural Şükürov “Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinə görə, deputatların toxunulmazlıq hüququ yalnız məhkəmə qaydasında olan inzibati xətalarla bağlı qüvvədə olur:

“Konstitusiyamızın 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməzonun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90