Toydan çıxan piyadanı maşın vurub öldürdü

image-piyadabackend

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az xəbər  verir ki, hadisə dünən axşam Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Nəsimikənd sakini Əliyev Bayram Hazarxan oğlu “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən, ətrafda yerləşən şadlıq evindən çıxan piyadanı vurub.

Hadisə şahidlərinin sözlərinə görə, piyada Ağayrı kənd sakini, 1953-cü il təvəllüdlü İxtiyar Qurbanov avtomobilin qarşısına qəfildən çıxdığından ciddi xəsarət alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90