Toylara icazə: Qonaqların sayı və digər şərtlər… — BUNLARA DİQQƏT!backend

“Hazırkı dövrü nəzərə alaraq, toyların keçirilməsi formasında müəyyən dəyişikliklər edərək, insanların toy etməsinə icazə vermək olar”.
Busaat.az  xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, toylara qoyulan qadağanın uzanmasının bəzi problemlər ortaya çıxardığını bildirib:
“Düşünürəm ki, yoluxma sayı daha da azalarsa, sosial məsafəyə əməl etməklə və təxminən 50 nəfər insanın iştirakı ilə toyların keçirilməsinə icazə vermək olar. Çünki toylara qoyulan qadağanın uzanması, bir çox problemlər ortaya çıxarır. Amma burada insanlar gərək qaydalara əməl etsinlər. Belə ki, 50 nəfər deyib, 200 nəfər çağıracaqlarsa, bunun fəsadları çox ağır olacaq. Bu baxımdan düşünürəm ki, toyla bağlı qərarda daha diqqətli olub, mövcud durumu düzgün analiz etmək lazımdır. Əgər şərait imkan versə, qeyd etdiyim qayda ilə icazə vermək olar”.