Tramp hakimiyyətlə vidalaşdı

Tramp  hakimiyyətlə vidalaşdıbackend

ABŞ Prezidenti Donald Tramp vida nitqi ilə çıxış edib.

Busaat.az xəbər verir ki, o, Cozef Bayden administrasiyasının hakimiyyətə gəlişini qəbul edib və onlara uğurlar arzulayıb:

“Bu həftə biz yeni administrasiyanın inauqurasiya mərasimini keçiririk və mən ona Amerikanın təhlükəsizliyinin və çiçəklənməsinin qorunub saxlanılmasında müvəffəqiyyət qazanması üçün dua edirəm”.

Tramp Konqres binasına edilən hücumdan da danışıb:

“Bütün amerikalılar Kapitoliyə hücuma görə dəhşətə gəlmişdilər. Siyasi zorakılıq – amerikalıların şərəflə qoruduqları hər bir şeyə hücum deməkdir. Bununla heç vaxt barışmaq olmaz”.

Qeyd edək ki, bu gün ABŞ-ın yeni seçilən Prezidenti Cozef baydenin andiçməsi olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90