Busaat.az xəbər verir ki, Tramp Rusiyada mühakimə olunan amerikalı Fogelin azadlığa buraxılmasına görə Putinə çox minnətdar olduğunu bildirib və bu barədə razılaşmanı “çox ədalətli və ağlabatan” adlandırıb.
Tramp əlavə edib ki, Mark Fogel Rusiyadan qayıdandan sonra çərşənbə günü daha bir amerikalı azad ediləcək. ABŞ prezidenti adı və ölkəni dəqiqləşdirməyib.