Tramp “TikTok”-a 45 gün- VAXT VERDİ

Tramp “TikTok”-a 45 gün- VAXT VERDİbackend

ABŞ Prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinin məhsulu olan “TikTok”u “Microsoft”a satması üçün vaxt verib.

Busaat.az xəbər verir ki, populyar qısa video platformasını ölkə miqyasında qadağan etmək təhdidindən geri addım atan Tramp 45 gün müddət tanıyıb.

“Microsoft”dan gələn açıqlamaya görə, Prezident tətbiqin qadağasını milli təhlükəsizliyə dair narahatlığı ilə əsaslandırıb.

Satış razılaşmasından xəbərdar olan 3 mənbənin “Röyters”ə verdiyi məlumata görə, Tramp tərəfindən tanınan müddət ABŞ-a “TikTok”a uyğun texnologiya hazırlanması üçün lazımdır.

Amerikalılar “TikTok”un çinli şirkətin mülkiyyətində ikən şəxsi bilgilərlə bağlı apardığı əməliyyatların milli təhlükəsizliyə təhdid yaratdığına dair təkidli açıqlamalar yayır.

Respublikaçılar Partiyasının liderləri ilə görüşən Tramp “TikTok” istifadəçisi olan gənclərin prezident seçkilərində dəstəyini itirməsindən çəkinərək qadağa fikrindən daşınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90