Tramp:  Vladimir Putinlə razılaşa bilərik

image-1backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sona çatdırmaq üçün rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşə biləcəyini bildirib. Jurnalistlərə açıqlama verən Tramp deyib: “Putinlə daha çox telefonla danışacağam və daha sonra görüşəcəyik. Əslində o, ABŞ-a, mən də Rusiyaya gedə bilərəm. Yəqin ki, Səudiyyə Ərəbistanında görüşəcəyik. Vladimir Putin razılaşa bilərik”.

Donald Tramp Ukraynanın NATO-ya üzvlüyü məsələsinə çox toxunmasa da, ölkənin ərazi bütövlüyünü tam bərpa edə biləcəyini şübhə altına alacaq şəkildə danışıb. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski Trampın sülhə nail olmaqda marağını alqışlayıb və qlobal ittifaqın Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyini vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki