Trampı zəhərləmək istəyən qadın saxlanıldı

Trampı zəhərləmək istəyən qadın saxlanıldıbackend

Ağ Evə içərisində zəhərli risin maddəsi olan paket  göndərməkdə şübhəli bilinən bir qadın saxlanılıb.

Busaat.az  “CNN”ə istinadən xəbər verir ki, qadın Nyu-York ştatındakı sərhəd keçid məntəqəsində Kanadadan ABŞ-a keçmək istəyərkən saxlanılıb. Onun üzərində silah aşkarlanıb.

Şübhəlinin ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı və Vaşinqton prokurorlarının ona qarşı ittiham irəli sürməyə hazırlaşdıqları açıqlanıb.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampa içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

Qeyd edək ki, risin sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Qaz şəklində dağılarkən ağciyər çatışmazlığına səbəb olan bu maddə 36-72 saat ərzində nəfəs çatışmazlığı yaradır. Risinə məruz qalan insan üçün antidot yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90