TRT: Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaqbackend

“Sovet ittifaqı dövründən qalan Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana dəhliz yolu var. Ancaq həmin yolun Ermənistan ərazisindən keçdiyinə görə sıradan çıxarılması ehtimalı var”.

Busaat.az xəbər verir ki, bunu TRT-nin Naxçıvan Muxtar Respublikasına ezam olunmuş müxbiri Ceyda Muslu söyləyib.

“Yolun bərpası ilə bağlı təmir işlərinin dekabrın 1-dən sonra başlayacağı gözlənilir”, – jurnalist qeyd edib.