“Türkvizyon” Şuşada keçiriləcəkbackend

Türkiyənin “Eurovision”dan imtina etməsindən sonra təşkil etdiyi “Türkvizyon” müsabiqəsi gələn il Şuşada keçiriləcək.

Busaat.az  xəbər verir ki, bu barədə TMB yayım şirkəti məlumat yayıb.

Qeyd olunub ki, müsabiqənin ev sahibi Azərbaycan, Şuşa şəhəri olacaq.

Xatırladaq ki, müsabiqə ilk dəfə 2013-cü ildə Əskişəhərdə keçirilib. İlk qalib Azərbaycandan Fərid Həsənov olub.