Türk generallar Liviyaya getdi- Əməliyyatlara HAZIRLIQbackend

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Liviyaya gedib.

Busaat.az  xəbər verir ki, paytaxt Tripoliyə gələn türk generallar Liviyalı həmkarları ilə görüşüb və bölgədəki son durumu müzakirə ediblər.

Fəaliyyətlərinin eyni şəkildə davam edəcəyini ifadə edən Akar bunları söyləyib:

“Qarşıdakı dövrdə prezidentin tapşırıqlarına uyğun olaraq Liviyanın birliyi, bütövlüyü, təhlükəsizliyi və atəşkəsin davamlı olması üçün hər cür səy göstərdik və göstərməyə də davam edəcəyik. Türkiyə olaraq 500 illik keçmişimiz, ortaq mədəniyyətimiz və tariximiz olan liviyalı qardaşlarımıza gücümüz çatan bütün dəstəyi göstərəcəyik”.

Akar və Gülərin Sirtə və Cufradakı əməliyyatlardan əvvəl Türkiyənin bölgədəki hərbi bazalarına baş çəkəcəyi bildirilir.