Türk Şurasının nümayəndə heyəti Gəncədədir

image-gecnebackend

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə səfəri başlayıb.

Busaat.az xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi şəxslər müşahidə edir.

Burada səfər iştirakçılarına Ermənistanın müharibə dövründə Gəncədə dinc əhalini hədəf alması, istifadəsi qadağan edilmiş silahlardan dinc əhaliyə qarşı istifadə etməsi barədə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90