Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat işlərini bərpa etdi

Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat işlərini bərpa etdibackend

Türkiyə “Barbaros Hayreddin Paşa” seysmik gəmisi tərəfindən həyata keçiriləcək Aralıq dənizində geoloji kəşfiyyat işlərinin bərpa olunduğunu elan edib.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işlər 16 fevral tarixinədək aparılacaq və bu müddət ərzində gəmini “Tanux-1” və “Apollo Moon” gəmiləri müşayiət edəcək.

Xatırladaq ki, daha əvvəl Türkiyənin “Oruç Rəis” seysmoloji kəşfiyyat gəmisi ilə Yunanıstanın müstəsna iqtisadi bölgəsi hesab etdiyi ərazi olan Şərqi Aralıq dənizində seysmik tədqiqatlara başlaması Afina ilə Ankara arasındakı münasibətlərdə gərginliyə səbəb olmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90