Türkiyə-Azərbaycan qardaşlığı və Tovuz döyüşləri ilə bağlı film hazırlandı – VİDEObackend

Türkiyənin Rabitə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində 12-16 iyul tarixində həyata keçirdiyi hərbi təxribatla bağlı videoçarx yayımlayıb.

Busaat.az xəbər verir ki, videoçarxda Ermənistanın Tovuza hücumunun geosiyasi və strateji səbəbləri, Azərbaycanla Türkiyənin genişmiqyaslı energetika layihələrinə zərbə kimi detallara yer ayrılıb.Materialın qeyd bölməsinə Rabitə naziri Fahrettin Altunun bu sözləri qeyd edilib: “Türkiyə və Azərbaycan son dövrdə ikili münasibətlərin qazandığı böyük sürətlənmə ilə “bir millət, iki dövlət” cümləsinin sadəcə şüardan ibarət olmadığını bütün dünyaya göstərir. Birliyimiz, bərabərliyimiz, qardaşlığımız qarşıdakı dövrdə güclənərək davam edəcək”.