Türkiyə də karantini gücləndirəcək

Türkiyə də karantini gücləndirəcəkbackend

Türkiyə koronavirusla mübarizədə tətbiq edilən sərt karantin rejiminə nəzarəti gücləndirəcək.

Busaat.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı bələdiyyə sədrlərinə göstəriş verilib. Belə ki, bazar, ictimai nəqliyyat, alış-veriş mərkəzləri daxil olmaqla insanların sıx olduğu yerlərdə qaydalara əməl olunub-olunmadığı dəyərləndiriləcək.

Yoxlamalar 26-29 noyabr tarixlərində ölkənin bütün vilayətlərində həyata keçiriləcək. Nəqliyyat vasitələrinə baxış keçiriləcək, maska, spirt, təmizlik vasitələrinin olub-olmadığı yoxlanılacaq.

Həmçinin alış-veriş mərkəzlərində işçi və işçi saatı azaldılacaq, həmin məkanlarda havalandırma sistemləri yoxlanılacaq.

Qeyd edək ki, Türkiyədə son 24 saatda 6 min 814 nəfər virusa yoluxub, 168 nəfər həyatını itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90