Türkiyə-İsrail yaxınlaşması: “Heç bir qüvvə mane ola bilməyəcək”

Türkiyə-İsrail yaxınlaşması: “Heç bir qüvvə mane ola bilməyəcək”backend

“Postpandemiya dövründə dünyanın qüvvələr balansında çox ciddi dəyişikliklər olacaq”.

Busaat.az xəbər verir ki, bunu son günlər Türkiyə və İsrail münasibətlərində müşahidə olunan yaxınlığı dəyərləndirən politoloq Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, Türkiyə-İsrail yaxınlaşmasında da Azərbaycanın rolu danılmaz faktdır:

“Doğrudur, Türkiyə ilə İsrail arasında münasibətlərdə yaxınlaşma başlayır. Bununla bağlı hər iki dövlətin rəhbərliyində iradə uyğunluğu var. Bu prosesə qarşı olan qüvvələr olsa da, buna mane ola biləcəkləri inandırıcı deyil. Təbii ki, bu prosesdə Azərbaycanın da özünəməxsus rolu var və bundan sonra da olacaq. Bu hal regionda quvvələr balansının dəyişilməsinə də təsir edəcək. Artıq geosiyasətdə də ciddi dəyişikliklərin baş verəcəyinin simptomları görünməkdədir.

Ümumiyyətlə, postpandemiya dövründə dünyanın qüvvələr balansında çox ciddi dəyişikliklər olacaq. Hətta hər birimizi təəccübləndirəcək illərin ənənəvi münasibətlərində də dəyişikliklərin olacağı gözlənilir. Görünən odur ki, dünyaca məşhur bir çox siyasət və diplomatiya adamlarının proqnozları belə iflasa uğraya bilər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90