Türkiyə Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını keçirəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını keçirəcəkbackend

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 28 yanvarda Türkiyə Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını keçirəcək.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclasda Şərqi Aralıq dənizindəki proseslər, türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri və terrorla mübarizə mövzusunun müzakirə ediləcəyi gözlənilir.

Yığıncaqda PKK/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı əməliyyatlar və digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi bildirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90