Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun görüntülərini paylaşdı – FOTOLAR

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun görüntülərini paylaşdı – FOTOLARbackend

Azərbaycan və Türkiyənin genişmiqyaslı hərbi təlimləri Naxçıvan Muxtar Respublikasında davam edir.

Busaat.az xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada quru və aviasiya qüvvələrinin əmrdən sonra döyüş bölgəsinə gətirilərək döyüş hazırlığı tapşırıqlarını yerinə yetirdiyi bildirilib.

Döyüş təyyarələri, hərbi nəqliyyat və hücum helikopterlərinin qatıldığı təlimdə döyüş pilotları çətin manevrləri gerçəkləşdirib.

Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda avqustun 10-dək davam edəcək. Quru Qüvvələri isə Bakı və Naxçıvanda avqustun 5-dək təlimləri yekunlaşdıracaq.

Görüntülər Türkiyə Müdafiə Nazirliyi tərəfindən də paylaşılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90