Türkiyə parklarından biri Polad Həşimovun adını daşıyacaqbackend

Türkiyədə salınacaq parkların birinə Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı veriləcək.

Busaat.az xəbər verir ki, bu barədə Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar KİV-ə açıqlamasında bildirib.

“Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək. Həmin park yaxın zamanlarda salınacaq”, – deyə M. Dündar əlavə edib.