Türkiyə seçkilərdən sonra strateji qərarlar verməlidir – Miçotakis

image-micotakis-aa-1936377_2backend

Bu il Yunanıstanda keçirilən 8-ci Delfi İqtisadi Forumunda jurnalist Peter Spiegel-in suallarını cavablandıran Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Spiegelin “Mitsotakis və Ərdoğanın öz ölkələrində seçkiləri qazanması halında Türkiyə-Yunanıstan münasibətləri hansı formada ola bilər?” sualını cavablandırıb. O, Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə toxunub. 

Türkiyənin “Mavi Vətən” siyasətinə diqqət çəkən Miçotakis deyib: “Türkiyə zaman-zaman aqressiv açıqlamalar verib. Türkiyənin Liviya ilə dəniz yurisdiksiyası ərazilərini məhdudlaşdırmaq razılaşması isə “gülünc”dür”.

Türkiyənin 2020-ci ilin mart ayında immiqrasiya problemindən alət kimi istifadə etdiyini iddia edən Mitsotakis 2020-ci ilin yayında iki ölkə arasında yüksək gərginlik yaşandığını da xatırladıb.

Türkiyənin təkcə Yunanıstanla deyil, Avropa və ABŞ ilə də “əks” münasibət qurduğunu iddia edən Mitsotakis qeyd edib: “Məncə Türkiyə seçkilərdən sonra böyük bir strateji qərar verməlidir. Yunanıstanla yenidən yaxınlaşmağa cəhd etmək istəyirmi? Kipr problemini həll etmək istəyirmi? Doğrudanmı etibarlı NATO üzvü kimi çıxış etmək, Qərblə yaxınlaşmaq, yoxsa Çin və Rusiyaya yaxın öz xarici siyasətini davam etdirmək. Hansı onun maraqlarına uyğundur? Bu, Türkiyə-Yunanıstan münasibətlərinin vəziyyətini müəyyən edəcək. Bizim nəyi edə bilməyəcəyimizi bu faktorlar müəyyən edəcək”.

Türkiyə iqtisadiyyatının böyük problemlər yaşadığını iddia edən Mitsotakis Türkiyənin (Yunanıstanla) yaxınlaşmasının həm Türkiyə-Yunanıstan münasibətləri, həm də Kipr probleminin həlli baxımından hər iki tərəfin qazanc əldə edəcəyi bir nəticə verəcəyini müdafiə edib.

Mitsotakis bunun baş verməsi üçün “Türkiyənin revizionist siyasətinin” dəyişməli olduğunu iddia edib.

AKP-nin 23 aprel münasibəti ilə yaydığı videoda Türkiyənin xəritəsinə toxunan Miçotakis əlavə edib: “Başa düşürəm ki, Prezident Ərdoğan seçki kampaniyası aparmalıdır. Seçki kampaniyasının bir parçası olan bir xəritə gördük. Şərq (Ege) adaları qırmızı ilə göstərildi. Ancaq bütün bunlar kömək etmir”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90