“Türkiyə sülhməramlıları Laçın dəhlizində də olacaq” – Deputat

“Türkiyə sülhməramlıları Laçın dəhlizində də olacaq” – Deputatbackend

“Türkiyənin münaqişənin həllində rolu olduqca böyükdür”.

Bunu Türkiyə sülhməramlıların Azərbaycan ərazisinə yerləşdirilməsi ilə bağlı fikirlərini  bölüşən deputat Müşfiq Cəfərov bildirib.

Deputat vurğulayıb ki, nəhayət 30 ilə yaxın bir müddət sonra biz Türkiyənin diplomatik danışıqlarda iştirakını təmin edə bildik: ”11 noyabr Türkiyə ilə Rusiya arasında  əldə olunan razılaşma bizim diplomatik uğurumuzdur. Bu anlaşmaya görə Türkiyə Silahlı Qüvvələri Qarabağ məsələsində işğaldan azad edilən ərazilərdə öz yerlərindən çıxmalı olan mülki şəxslər yerləşdikdən sonra, erməni tərəfinin hərəkətlərini izləmək üçün nəzarət məntəqələri və patrullar quracaq.

Türkiyə Silahlı Qüvvələri atəşkəsin pozulması vəziyyətində  Rusiyaya bunu bildirərək atəşkəsi pozan tərəfə qarşı istənilən tədbiri həyata keçirməyə tam olaraq hüquqludur. Ən vacibi isə Türkiyə sülhməramlı dəstəsi Laçın dəhlizindən nə girib-çıxdığını yoxlamağa tam olaraq hüquqludur”.

Deputat vurğulayıb ki, hazırda  geosiyasi vəziyyət xeyrimizədir: “Bir çox üstünlüklərimiz var, çalışıb bu üstünlükləri qorumalıyıq. Həmçinin müharibə vaxtında olduğu kimi xalq – dövlət birliyimizi qorumalıyıq. Çaşqınlıq yaradan, qaranlıq qalan məqamların açıqlamasını rəsmilərdən gözləməliyik. XXI əsrin reallığına görə dövlətimiz xalqımız üçün ən yaxşısını həyata keçirməyi bacardı”.

Deputat Nəsib Məhəməliyev qeyd edib ki, Türkiyə ilə Rusiya arasında birgə nəzarət-monitorinq mərkəzinin yaradılması haqqında razılaşmanı müsbət addım kimi qiymətləndirir: “Hesab edirəm ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış bəyannamənin şərtlərinin vaxtında icra olunmasında əhəmiyyəti böyük olacaqdır. Eyni zamanda erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarıldıqdan sonra, qaçqınların, məcburi köçkünlərin öz evlərinə qayıtması prosesində və normal həyatın, ictimai-siyasi sabitliyin təmin olunmasında da Türkiyənin iştirakı olduqca vacibdir. Çünki qardaş ölkə mövcud reallıqlarda ehtimal olunan münaqişələrin həll olunmasında balanslayıcı, ədalətli mövqe tutacaqdır.

Rusiya ilə Türkiyənin bir çox regionlarda iş birliyi təcrübəsi olduğunu nəzərə alsaq, düşünürəm ki, tez bir zamanda, Qarabağda uzun müddətli sülhün bərqərar olması üçün birgə nəzarət-monitorinq məsələlırini icra etmələri işin xeyrinə olar”.

KONKRET.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90