Türkiyə tanklarını Yunanıstanla sərhədə daşıyır- GƏRGİNLİK

Türkiyə tanklarını Yunanıstanla sərhədə daşıyır- GƏRGİNLİKbackend

Türkiyə tanklarını Cənub-Şərqi Hatay vilayətinin Reyhanlı və Qumlu bölgələrindən Yunanıstanla həmsərhəd olan Ədirnənin şimal-qərb əyalətinə göndərir.

Busaat.az xəbər verir ki, bu barədə “İHA” aganetliyi hərbi mənbələrə istinadən xəbər verib.

Məlumata görə, dünən təxminən 40 tank yük maşınları ilə Suriya sərhədini tərk edib. Tankların Ədirnəyə dəmir yolu vasitəsilə göndərilməsi gözlənilir.

Qeyd edək ki, son həftələrdə Afina ilə Ankara arasında münasibətlər kəskin şəkildə pisləşib. Buna səbəb “Oruc Rəis”in Yunanıstanın müstəsna iqtisadi bölgəsi hesab etdiyi Şərqi Aralıq dənizində seysmik tədqiqatlara başlamasıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90