“Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdıra bilərik”

“Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdıra bilərik”backend

Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün addımlar ata bilərik… Bu addımları Azərbaycanla birlikdə kordinasiya edəcəyik”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Almaniya xarici işlər naziri Hayko Maas ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Dağlıq Qarabağ problemi, təəssüf ki, 30 ildir siyasi yolla həll olunmadığı üçün hərbi yolla həll edildi. Ancaq hazırda atəşkəsdir. Vacib bir fürsətdir, bu fürsət qaçırılmamalıdır.

Atəşkəs qalıcı olarsa və Ermənistan da buna inanarsa, biz Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. Hazırda isə çox vacib bir fürsət var, bu fürsət boşa getməməlidir. Nəqliyyat və enerji sahəsində layihələr, həmçinin sərhədlərin açılmasına dair müsbət bir gündəm var. Bu yolda Türkiyə olaraq töhvə verməyə davam edəcəyik. Atəşkəsin qalıcı olmasını arzu edirik”,- deyə Çavuşoğlu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90