Türkiyənin Ağrı Vilayətinin Tutak rayonunda sərnişin avtobusu və 2 yük maşınının iştirakı ilə qəza baş verib.
Busaat.az xəbər verir ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan qəzada 7 nəfərin həyatını itirdiyini açıqlayıb və ölənlərin yaxınlarına başsağlığı verib.
Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ sosial media hesabından verdiyi açıqlamasında, Tutak Prokurorluğunun qəza ilə bağlı araşdırma başlatdığını bildirib.
21 nəfərin olduğu sərnişin avtobusunda 7 nəfər həyatını itirərkən, Səhiyyə naziri Fahrettin Koca 2-si ağır olmaqla 11 nəfərin yaralandığını və müalicələrinin davam etdiyini açıqlayıb.
DHA-da yer alan xəbərə görə, hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və AFAD qruplarının cəlb edilib.