“Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür”– Lokmagezyan

“Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür”- Lokmagezyanbackend

Türkiyədəki erməni icması hər zaman təzyiq altındadır, xüsusilə Qarabağ müharibəsi həftələrində bu, aydın hiss olunur.

Busaat.az xəbər verir ki, bunu türkoloq və tərcüməçi Tiran Lokmagezyan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində deyib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Ermənistanı “quldur dövlət” adlandırıb və Türkiyə telekanalları daim ermənilərin “terrorçular” olduğunu söyləyib”.

“Hər dəfə bu və ya digər səbəbdən Türkiyədə yaşayan ermənilər Ermənistanla bağlı sual yarananda özlərini nifrət və qorxu atmosferində tapırlar. Hücumlar istisna edilə bilməz”,- deyə o bildirib.

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Türkiyədə nifrət mühitini adi hala çevirib. Bu cür nifrət içərisində Hrant Dinki itirdik. Və yalnız dinc və demokratik bir Türkiyədə təhlükəsiz ola bilərik. Əks təqdirdə heç birimiz təhlükəsiz olmayacağıq”, – Lokmagezyan yekunlaşdırıb.

Bir gün əvvəl Türkiyə parlamentinin deputatı, əslən erməni olan Karo Paylan ermənilərə qarşı təhdidlərin Azərbaycanın əks-hücum əməliyyatlarından sonra daha da artdığını bildirmişdi.

Qeyd edək ki, İstanbulda təxminən 40 min erməni yaşayır. Üstəlik İstanbulun erməni icması Türkiyədə yaşayan etnik azlıqlar arasında ən böyükdür. Ümumiyyətlə, ölkədə 60 minə yaxın erməni var.

Xatırladaq ki, sentyabrın 27-də işğal edilən Dağlıq Qarabağda döyüş əməliyyatları başlayandan bəri Azərbaycan bayraqlı avtomobillər İstanbulun erməni məhəllələrindən keçib. Bir neçə rəsmi erməni saytı bloklanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90