Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib

Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçibbackend

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 161 nəfər dünyasını dəyişib.

 

Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

 

O bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 672 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 7 381 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 460 916 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 678 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 381 569 nəfər təşkil edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90