Türkiyədə son statistika: 55 ölüm, 943 sağalmabackend

Türkiyədə son sutka ərzində 1 673 yeni yoluxma faktı qeydə alınıb.

Busaat.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 55 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 873, yoluxanlar isə 287 min 943 nəfərə çatıb.

Türkiyədə indiyədək 254 min 188 xəstə sağalaraq evə buraxılıb.