Türkiyədən Ermənistana növbəti XƏBƏRDARLIQ: “Odla oynayırsınız”

Türkiyədən Ermənistana növbəti XƏBƏRDARLIQ: “Odla oynayırsınız”backend

Türkiyədən Ermənistana növbəti dəfə xəbərdarlıq edilib.

Busaat.az xəbər verir ki, AKP-nin sözçüsü Ömer Çelik partiya toplantısında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı təxribat hücumlarından danışıb.

“Buradan bir daha Ermənistana xəbərdarlıq edirik. Türkiyə bunu qəbul edə bilməz. Ermənistan odla oynayır. Bölgədə qarşıdurma yaratmaq fəaliyyətlərinin əsas vasitəçisi Ermənistandır. Türkiyə Azərbaycanın yanındadır”, – Çelik bildirib.

Qeyd edək ki, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində növbəti təxribat hücumundan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu da Ermənistana sərt xəbərdarlıq edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90