Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.19 $▼2.47%
  • WTI neft83.06 $▼1.98%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.377 $▲6.80%
  • Qızıl3 752 $▼0.92%
  • Gümüş45.38 $▼0.94%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 729 $▲0.79%
  • Ethereum1 775 $▲0.76%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Türkiyədən Qarabağ BƏYANATI: Minsk Qrupu təcili addım atmalıdır

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir:

“Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”.

Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır:

“Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”.

Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salır:

“Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=18832