Türkiyənin Baş prokurorundan Kamran Əliyevə məktub

Türkiyənin Baş prokurorundan Kamran Əliyevə məktubbackend

Türkiyənin Ali Apellyasiya Məhkəməsi Baş prokuroru Bekir Şahin Azərbaycan Baş prokuroru Kamran Əliyevə göndərdiyi məktubda Ermənistanın hücumlarını qınayıb.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şahin məktubda Ermənistanın Azərbaycanın mülki yaşayış məskənlərinə hücumundan təəssüfləndiyini bildirib.

“İşğalçı Ermənistanın Azərbaycana, dinimizə və qan qardaşımıza, bir millətə və iki dövlətə qarşı törətdiyi terror hücumunu qınayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara təcili şəfa arzulayıram. Özünüzə isə dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90