“Türkiyənin bu fədakarlığını heç vaxt unutmayacağıq” – Partiya sədri

“Türkiyənin bu fədakarlığını heç vaxt unutmayacağıq” – Partiya sədribackend

“Ərdoğanın və Türkiyənin bir çox rəsmilərinin, eləcə də aparıcı siyasi partiyaların rəhbərlərinin Azərbaycanla bağlı verdikləri bəyanatlar, nümayiş etdirdikləri həmrəylik və mənəvi dəstək işğalçı Ermənistana göz dağı oldu”.

Bu sözləri Türkiyə-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini təhlil edən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, son hadisələr Azərbaycan-Türkiyə qardaşlığının gerçəkdən də sarsılmaz və əbədi olduğunu göstərir:

“Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyədə olması təkcə bu iki qardaş ölkənin özləri üçün yox, eyni zamanda bütövlükdə Cənubi Qafqaz bölgəsi və Türk Dünyası üçün olduqca mühüm geosiyasi əhəmiyyət kəsb edir. Xüsusən də ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də hərbi sahədəki əməkdaşlığımızın prioritetə çevrilməsi bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Qardaş ölkə son zamanlar Qarabağ məsələsinin həlli ilə bağlı prinsipial mövqe tutmasaydı və proseslərə fəal şəkildə müdaxilə etməsəydi, Qarabağ müharibəsi iki ölkə arasında cərəyan edən məhəlli müharibə çərçivələrini çoxdan aşar, üçüncü ölkələrin də hərbi əməliyyatlara qoşulmasıyla bir genişmiqyaslı regional savaşa çevrilə bilərdi. Bəzi ekspertlər isə proseslərin hətta dünya müharibəsi həddinə qədər inkişaf edə biləcəyini proqnozlaşdırırdılar”.

Əlisahib Hüdeynov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərində ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edən Turkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana həqiqətən də təşəkkür borcumuz var:

“Müharibə başlanan ilk gündən Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan edən və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün öz siyasi iradəsini ortaya qoyan Rəcəb Tayyib Ərdoğan bununla da yetinmədi. O, həmçinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının rəhbər şəxslərinə, o cümlədən, nazirlərə bu həssas dönəmdə Azərbaycanı tək qoymamağı və müharibə gönlərində onlara vaxtaşırı ölkəmizə səfər etmələri barədə şəxsən tapşırıq verib. Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun da dünən Prezident İlham Əliyevlə görüşü zamanı bu məqamı xüsusi olaraq qeyd etməsi diqqətimizdən yayınmadı”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90