Türkiyənin vitse-prezidenti Azərbaycana səfər edəcək

image-6258142813c50backend

Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfər edəcək.

Busaat.az xəbər verir ki, səfər çərçivəsində Fuat Oktay Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla danışıqlar aparacaq.

Türk diplomat Əli Əsədovla birlikdə Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasına sədrlik edəcək.

Bundan əlavə, Oktay Türkiyə-Azərbaycan birgə biznes forumunda iştirak edəcək. Qeyd edək ki, Fuat Oktayın Şuşa şəhərinə də səfəri nəzərdə tutulub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90