“Tvitter” Xamneyinin də paylaşımını sildibackend

“Tvitter” İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin paylaşımını silib.

Busaat.az “Anadolu Ajansı”na istinadla xəbər verir ki, İranın ali dini lideri televiziyaya açıqlamasında COVID-19-la bağlı Amerika və İngiltərə peyvəndlərinin ölkəyə girişlərinin təhlükəli olduğu səbəbiylə qadağan edildiyini bildirib. Daha sonra onun rəsmi tvitter səhifəsində paylaşılan bu fikirləri isə “Tvitter” ortadan qaldırıb.

Qeyd edək ki, bundan əvvəl “Tvitter” ABŞ Prezidenti Donald Trampın da bir neçə statusunu silmişdi.