“Üçtərəfli razılaşma ilə Qafqazda yeni güc balansı yaranır” – Politoloq rəyi

“Üçtərəfli razılaşma ilə Qafqazda yeni güc balansı yaranır” – Politoloq rəyibackend

“Qarabağ müharibəsi prosesini ümumilikdə çox uğurlu aparan Azərbaycan dövləti rus sülhməramlılarının ölkədə müvəqqəti qalmasının yaradacağı ciddi riskləri nəzərə alıb”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Ermənistan tərəfindən qəbul olunmuş 10 Noyabr bəyannaməsini dəyərləndirən QAFSAM sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib. Nazim Cəfərsoya görə, 10 noyabrda imzanan bəyanat Suriyaya dair Astana prosesinin fərqli bir versiyasıdır: “Bu, Qafqazda Rusiya-Turkiyə-Azərbaycan konteksində yeni güc balansı yaranır. Rus ordusunun bu prosesdə sülhməramlı kimi Qarabağa gəlməsi də bu yeni balansın bir işarəsidir. Ümid edirəm ki, Qarabağ müharibəsi prosesini ümumilikdə çox uğurlu aparan Azərbaycan dövləti rus sülhməramlılarının ölkədə müvəqqəti qalmasının yaradacağı ciddi riskləri nəzərə alıb. Türkiyənin sülhməramlı monitorinq prosesində iştirakı da bu konteksdədir. Ermənistan də bu prosesə qoşulacaq. Ümumilikdə prosesin hərbi mərhələsi Ermənistan işğalçılarının ölkədən təqvimə uyğun çıxmasından sonra 2021-ci ilində bu bəyanatın genişmiqyaslı Qars müqaviləsi konteksli dördlü sülh müqaviləsi imzalanacaq. Genişmiqyaslı sülh danışıqlarında Türkiyə həm siyasi güc, həm də komunikasiya prosesi çərçivəsində 2021-ci il ərzində imzalanacağını düşündüyüm sülh müqaviləsində öz yerini alacaq”. Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90