“Ucuz manatdan istifadə edərək işlək və rəqabətli iqtisadi model qurulmalıdır” – İqtisadçı rəyi

“Ucuz manatdan istifadə edərək işlək və rəqabətli iqtisadi model qurulmalıdır” – İqtisadçı rəyibackend

“Bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumda olduğu üçün gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq”.

Busaat.az xəbər verir ki, bunu Neft Fondunun gəlirləri və xərcləri ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib.

Natiq Cəfərliyə görə, gələn il büdcə xərclərinin ciddi şəkildə artırılmasına ehtiyac yaranacaq:

“Bu il Neft Fondunun gəlirləri 7,8 milyard manat, xərcləri isə 12,5 milyard manat olacaq. Nəticədə 4,7 milyard manat kəsr yaranacaq, ciddi rəqəmdir. 2021-ci ilin büdcəsi hələ Parlamentə təqdim edilməyib və bunun səbəbi məlumdur. Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi. Deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Ona görə də gələn il büdcə xərcləri ciddi artmalıdır və bunun üçün isə tək mənbə Neft Fondudur.

Bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumda olduğu üçün gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq. İnsanların alıcılıq qabiliyyəti düşdüyü üçün gömrükdən də daxilolmalar azalır və azalacaq. İqtisadiyyatın “ağardılması” hesabına son üç ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi. Nə qədər mümkün idisə, o qədər “ağartdılar”. Deməli, daxili potensial artmalı və əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-də mümkün deyil”.

İqtisadçı hesab edir ki, 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, gələn il Neft Fondundan 4-5 milyard əlavə pul götürülməlidir:

“Yəni, Fonddan azı 17 milyard manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə Fond ən yaxşı halda 8 milyard manat qazanacaq. Nəticədə Fondun 2021-ci il kəsri 9 milyard manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq, bu dayanaqlı model olmayacaq. Yüngül devalvasiyaya gedərək (15-20%) Fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır. Paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik. Bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90